İyun 05, 2018 19:27 Asia/Baku
  • ABŞ və Çin arasında iqtisad savaşı güclənir
    ABŞ və Çin arasında iqtisad savaşı güclənir

ABŞ prezidentinin bu ölkəyə idxal olunan polad və alüminiuma tariflərin tətbiq etməsi ixracatçı ölkələrin adekvat tədbirlər görməsinə gətirib çıxarmaqdadır. Çin iqtisad savaşının sonuna qədər gedəcəyini bildirir.

İqtisadi savaşın odu indi alov püskürməkdədir. Bundan öncə Tramp demişdi ki, Çinin bir daha ABŞ-a təcavüz etməsinə imkan verməyəcək.

ABŞ prezidenti Donald Tramp deyib: Biz Çinin bizim ölkəmizə təcavüzünü davam etdirməsinə imkan verə bilmərik.

Amma dünyanın ikinci iqtisadi qüdrəti, sarı əjdəha ilə tərs düşmək mürəkkəbdir. Xüsusilə də Çin səddinin o tərəfində, Pekinin Trampın tərəfdarlarının zəifliyini hədəf aldığı halda. Yəni kənd təsərrüfatı və sənaye məhsullarına tariflərin tətbiq olunması, turizmin azalması, bəlkə də bir müddət öncə çinlilər tərəfindən satın alınan, ABŞ-ın milli borcları statusunu daşıyan və satılmasının dolların dəyərinə və Amerikanın iqtisadiyyatına böyük zərbə vuran 1 trilyon 700 milyard dollar dəyərində ABŞ-ın milli istiqraz vərəqələrinin tezliklə satışa çıxarılması. Əlbəttə sonda Çinin də valyuta ehtiyatları zərbə görəcək.

Qlobal Siyasət Mərkəzinin rəhbəri Corc Samueli deyib: Tramp seçki kampaniyası vaxtı ABŞ-ın Çinə külli miqdarda borcunu həll etmək və bu məsələyə qalib gəlmək haqda çoxlu manevrlər etdi. Davamlı şəkildə dedi ki, Çin ABŞ-ın başına torba keçirib, davamlı şəkildə çinliləri hədələdi, artıq bu dəfə sanki çinlilərin zarafatı yoxdur, əvəzini çıxmaq istəyir.

Pekinlə Vaşinqtonun siyasət səhnəsində Cənubi Çin dənizindən tutmuş Koreya yarımadasınadək fikir ayrılıqları vardır. İndiyədək iki ölkəni əlaqələrini daha da gücləndirən əsas amil 500 milyard dollardan çox ticarət dövriyyəsinin olması idi. Trampın 25%-lik tarifləri ilə, Çinin bir çox məhsulları təhlükə ilə üzləşib.

Bu günlər amerikalılar çinlilərin Avropa Birliyi ilə çoxlu məsləhətləşmələr apararaq ondan Pekinlə ixtilafları kənara qoymasını və Vaşinqton qarşısında vahid bir komandanın təşkil olunmasını istədiklərini bilirlər.  

 

Teqlər