İyul 13, 2018 17:21 Asia/Baku
  • Amerikada fələstinlilərə dəstək aksiyası keçirilib
    Amerikada fələstinlilərə dəstək aksiyası keçirilib

ABŞ vətəndaşları "Əsrin anlaşması" planına etiraz olaraq Vaşinqtonda aksiya keçirib, fələstinliləri dəstəkləyiblər.

İRİB-nin Vaşinqtondan verdiyi məlumata görə, müharibə əleyhdarları "Əsrin Anlaşması" adlı plana etiraz olaraq, ABŞ prezidenti Donald Trampın kürəkəni Cerad Kuşnerin mənzili önündə aksiya keçiriblər.

Müharibə əleyhdarları və fələstin xalqının müdafiəçiləri "Əsrin Anlaşması" adlı plana etiraz olaraq, bu layihənin əsas təşəbbüskarı və icraçısı olan Cerad Kuşnerin mənzili önündə piket təşkil ediblər.

"Əsrin Anlaşması" adlı plan Fələstin və Qüdsü məhv etmək və İsrailin Fələstinə qarşı işğalçılığına legitimlik bəxş etmək üçündür.

"Əsrin Anlaşması" planının elan olunmasından sonra, bəzi ərəb ölkələri bu planın icrasında ABŞ və Britaniyadan daha çox aktivlik göstərməyə başlayıblar.

Teqlər