Avq 10, 2018 12:11 Asia/Baku
  • İtaliyada anomal istilər 13 nəfərin həyatına son qoyub
    İtaliyada anomal istilər 13 nəfərin həyatına son qoyub

İtaliyanın bir çox şəhərlərində kəskin istilərə görə təhlükəli vəziyyət elan edilib və bu ölkənin fövqəladə hallar qərargahı istidən xəstələnənlərə yardım əməliyyatlarına start verib.

İtaliyada anomal isti hava şəraiti 13 nəfərin həyatına son qoyub. Misli görünməmiş isti havalar xüsusiylə ölkənin şimalında Cenova şəhərində yüzlərlə yaşlının xəstəxanaya yerləşdirilmələrinə səbəb olub. 

İtaliyanın bir çox şəhərlərində kəskin istilərə görə təhlükəli vəziyyət elan edilib və fövqəladə hallar qəragahı isti havalara görə xəstələnən vətəndaşlara yardım əməliyyatlarına başlayıb. İtaliyanın ətraf mühiti mühafizə cəmiyyəti də bildirib ki, son 11 ildə bu ölkə də isti havalar üzündən həyatlarını itirən yaşlıların sayı 24 min nəfər təşkil edir və ölənlərdən 7700 nəfəri Roma sakinləri olublar.