Avq 10, 2018 12:11 Asia/Baku
  • ABŞ sanksiyaları; ticarət savaşı
    ABŞ sanksiyaları; ticarət savaşı

Rusiyanın baş naziri Amerikanın bu ölkəyə qarşı sanksiyalarını gücləndirməsini, Moskvaya qarşı ticarət müharibəsinin elan edilməsi adlandırıb.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Dmitri Medvedev bu gün Amerikaya xəbərdarlıq edib ki, Vaşinqtonun avqust ayından Moskvaya qarşı tətbiq etmək niyyətində olduğu sanksiyalar Rusiyaya qarşı ticarət savaşı hesab olunur. Rusiyanın Baş naziri deyib: Bank fəaliyyətləri yaxud Rusiyanın milli valyutasına qarşı bəzi sanksiyalar tətbiq olunarsa bu ticarət savaşı elan etmək xarakteri daşıyacaq. Rusiyanın Kamçatkay bölgəsində səfərdə olan Medvedev deyib: Mən sadəcə bunu deyə bilərəm ki, onlar bank əməliyyatlarına sanksiya tətbiq edərlərsə, yaxud bizim valyutaya qarşı belə sanksiyalar həyata keçirərlərsə, biz bunu ticarət savaşı hesab edəcək və ona reaksiya verəcəyik, reaksiyamız iqtisadi yaxud siyasi ya da istənilən hərhansı formada ola bilər. 

Rusiyanın baş naziri deyib: Amerikalı dostlarımız bu barədə heç bir səhvə yol verməməlidirlər. 

Öncə ABŞ Dövlət Departamenti Rusiyanın keçmiş rus casus Sergey Skripala qarşı mart ayında Britaniyada həyata keçirilən sui-qəsddə əli olması ittihamı ilə bu ölkəyə qarşı növbəti sanksiyaların tətbiq olunacağından xəbər vermişdir. Bu ittiham barədə bu günədək Amerika və Britaniya rəsmiləri tərəfindən heç bir mötəbər fakt təqdim olunmamışdır. 

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Vaşinqtonun yeni sanksiyaları ilə qarşılaşmaq üçün əks tədbirlər həyata keçirəcək. 

Mediyaların bildirdiklərinə görə, Amerikanın Rusiyaya qarşı növbəti sanksiyalarının ilk paketi Rusiyanın elektron detallarının ixracatını hədəfə alacaq. Növbəti mərhələ diplomatik əlaqələrin məhdudlaşdırılması, Rusiyanın Aeroflut şirkətinin Amerikaya uçuşlarının ləğv edilməsi, eləcə də Amerikanın Rusiyaya ixracatının dayandırılması kimi tədbirləri əhatə edəcək.