Avq 11, 2018 09:50 Asia/Baku
  • BAT: İspaniya Ərəbistana silah satışını dayandırsın

Beynəlxalq Amnistiya Təşkilatı dünən bir bəyanatda İspaniyadan Ərəbistana silah satışını dayandırmasını istəyibdir.

Beynəlxalq Amnistiya Təşkilatı həmçinin cümə axşamı günü səud qırıcılarının yəmənli məktəbliləri daşıyan bir ədəd avtobusa qarşı hücumunu pisləyibdir.

Təcavüzkar səud qırıcıları cümə axşamı günü Səədə vilayətinin Zəxiyan şəhərində yəmənli məktəbliləri daşıyan bir ədəd avtobusu hədəfə aldılar. Nəticədə 55 uşaq öldü, 77 nəfər də yaralandı.

İnsan haqları üzrə beynəlxalq təşkilat və orqanlar indiyədək dəfələrlə İspaniyadan və səud rejiminə dəstək verən digər ölkələrdən istəyiblər ki, Ərriyada silah ixracatını dayandırsınlar.