Sen 14, 2018 17:45 Asia/Baku
  • Moqerini Myanma müsəlmanlarının hüquqlarının pozulmasını pisləyib
    Moqerini Myanma müsəlmanlarının hüquqlarının pozulmasını pisləyib

Avropa Birliyi xarici siyasət üzrə koordinatoru Ruhinca müsəlmanlarının hüquqlarının pozulmasının davam etməsini pisləyib.

İRİB-in verdiyi məlumata görə, Federika Moqerini Myanmada Ruhinca müsəlmanlarının hüquqlarının tapdalanmasına toxunaraq bu ölkədə qanun hakimiyyətini tələb edib. 

AB xarici siyasət koordinatoru bildirib ki, Raxin vilayətindəki müsəlmanların acınacaqlı durumları araşdırılmalıdır. 

Moqerini həmçinin Myanmada iki jurnalistə qarşı açılan cinayət işini ədadətsiz adlandırıb. 

Myanmada bir məhkəmə iki jurnalistə 7 il həbs cəzası verib. 

Bu iki jurnalist 2017-ci il dekabrda Myanma ordusunun Ruhinca müsəlmanlarına qarşı cinayətlərini çəkərkən həbs ediliblər.