Sen 14, 2018 20:50 Asia/Baku
  • Britaniya silahlı insidentləri cilovlaya bilmir
    Britaniya silahlı insidentləri cilovlaya bilmir

Britaniyada silahlı insidentlər və silahdan istifadə edilərək törədilən zorakılıq halları ötən hər gün daha da artır. Ölkə polisi isə bu mənfi halların qarşısını almaqda acizdir.

Ötən illər ilə müqayisədə Britaniyada silahlı insidentlərin artması bu ölkədə ciddi problemlərin yaşanmasına səbəb olub. Artan zorakılıq halları Britaniya polisinin işini də xeyli çətinləşdirib.

Son statistik məlumatlara görə, İngiltərədə silahlı cinayət halları artmaqdadır. Və Britaniya polisi hər gün artmaqda olan zorakılıq halları və silahlı insidentlərin qarşısını almaqda aciz qalıb.

Britaniyanın Milli Statistika Mərkəzi ölkədə adam başına düşən silahın 4%  olduğunu bildirib.

Bu məlumata görə, ötən il Britaniyada silahlı insidentlərin sayı 20% artıb. İTV telekanalı silah tacirinin etiraflarını yayımlayıb: “4-5 min funt ilə bir ədəd kolt almaq mümkündür.”

Britaniya hökuməti ötən il 5 terror hücumunda onlarla nəfərin ölməsi və silahlı insidentlərin artmasının ardınca polis sıralarına 1500 əlavə qüvvə cəlb edib. Buna baxmayaraq, silah daşımaq üçün yaş həddi xeyli azaldılıb.

“Bu günlər silahlanmaq üçün 15 yaş çox gecdir. 12-13 yaşlarından artıq silahlanmağa başlamaq lazımdır.”

Rəsmi statistikalara əsasən ötən Britaniyada 8 mindən çox silahlı insident qeydə alınıb. Zorakılıq və cinayət hallarının sürətlə artması hətta, polis rəisini belə şoka salıb: “Polis olaraq işləməyə başladığım 1991-ci illərə baxsaq, hazırda fərqli bir dünyamızın olduğunu dərk edərik. Hazırkı şərait o dövrün polis zabitləri üçün inanılmazdır.”

İndi Britaniya polisi silahlı hücumçular qarşısında özünü müdafiə etmək üçün ordunun İraq və Əfqanıstan döyüşlərində istifadə etdiyi təchizatlar ilə silahlanmağa başlayıb.

“Məhkəmə qarşısına çıxarılan cinayətkarların sayı artıb. Məhkumların sayı da xeyli artıb. Polis var gücü ilə cinayətkarlar ilə mübarizə aparmağa çalışır.”

Büdcə çatışmazlığı və maliyyə resurslarının azalmasını nəzərə alaraq, Britaniya polisi hazırda 20 nəfərlik kadr çatışmazlığından əziyyət çəkir.