Dek 07, 2018 12:13 Asia/Baku
  • ABŞ-ın Həmas-a qarşı qətnamə layihəsi səs qazanmayıb

Amerikanın BMT Baş Assambleyasında Fələstin İslami Müqavimət Hərəkatı- Həmas əleyhinə qətnamə layihəsi assambleyanın səslərinin üçdə iki hissəsini qazana bilməyib və qəbuledilmə dairəsindən çıxarılıbdır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dünənaxşamkı iclasında Amerikanın Fələstin İslami Müqavimət Hərəkatı- Həmas əleyhinə qətnamə layihəsinə  86 lehinə, 58 əleyhinə və 33 bitərəf səs veribdir.

Bu qətnamə layihəsi BMT Baş Assambleyası səslərinin üçdə iki hissəsini, yəni minimum 99 səs əldə etməli idi. Bu, Amerika və sionist rejim üçün digər bir məğlubiyyət idi.

Amerika dövləti BMT Baş Assambleyasının bu qətnamə layihəsini qəbul edəcəyini və ona əsasən, Həmas-ın sionistlərə qarşı hərəkətlərini pisləyəcəyini nəzərdə tuturdu.