Dek 08, 2018 22:07 Asia/Baku
  • "Sarı gödəkçəlilər" yenidən qayıtdılar

Fransada "sarı gödəkçəlilər" adı ilə məşhurlaşan narazı kütlə öncədən vəd etdiyi kimi bu gün bir daha küçələrə axın etdi. Fransanın Daxili İşlər Naziirliyi 700 nəfərin saxlanıldığını bildirdi.

Fransanın paytaxtı Paris şəhəri bir daha küçə etirazlarının şahididir. Aksiya iştirakçıları bu dəfə prezident Emanuel Makronun istefa verməsi tələbini irəli sürərək, etirazların davam edəcəyini bidiriblər.

Fransanın Daxili İşlər Nazirliyi bu günkü etiraz aksiyasında saxlanılanların sayının 700 nəfərə çatdığını bildirib. Marsey şəhərində də mindən çox "sarı gödəkçəli"nin küçələrə çıxdığı bildirilir.

Röyters-in məlumatına görə, Fransa polisi paytaxtın Şanzelize prospektində aksiya iştirakçıları ilə toqquşub.

Fransa polisi aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə edib.

Daxil olan məlumatlara görə, 89 min polis əməkdaşı və təhlükəsizlik qüvvəsi ölkə səviyyəsində tam hazır vəziyyətə gətirilib. Etiraz aksiyalarını yatırtmaq üçün Parisə zirehli polis maşınları göndərilib. BU gün Parisdə keçirilən etiraz aksiyasında iştirak edənlərin sayının öncəki aksiyalarla müqayisədə daha çox olduğu bildirilir.