Yan 11, 2019 11:27 Asia/Baku
  • Mahatir Muhəmməd sionist idmançıların Malayziyaya daxil olmalarına icazə verməyəcəyini vurğulayıb

Malayziyanın baş naziri deyib ki, sionist idmançıların Malayziyaya daxil olmaları üzrə lazımi sənədləri verməyəcəkdir.

Mahatir Muhəmməd müxbirlərlə müsahibədə Malayziyanın sionist rejimin işğalçılıqları və cinayətləri qarşısında  Fələstin xalqını himayə siyasətini bir daha vurğulayaraq, deyib: Bu siyasətə əsasən, Malayziya paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatında iştirak üçün sionist idmançılara viza verməyəcəkdir.

Paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatı 2019-cu il iyulun 25-dən avqustun 4-dək Malayziyanın Kuçin şəhərində keçirilməlidir.

Malayziya baş nazirinin sözləri bəzi mediaların qeyd olunan yarışlarda iştirak məqsədilə sionist idmançıların Malayziyaya daxil olmaları üzrə vizanın alınması üçün sionistlərin Kuala-Lumpura təzyiq göstərmələri barədəki məlumatlarından sonra yayılıbdır.

Malayziya sionist rejimlə diplomatik əlaqələrə malik deyil. Malayziyanın hökuməti və xalqı daim beynəlxalq arenalarda fələstinlilərin himayədarlarından olublar. 

Teqlər