Yan 12, 2019 21:36 Asia/Baku
  • İtaliya iqtisadiyyatının çətin günləri
    İtaliya iqtisadiyyatının çətin günləri

İtaliya iqtisadiyyatı son zamanlar çətin günlərini təcrübə edir. Analitiklərin dediklərinə görə, bu durum İtaliya ilə yanaşı Avropa Birliyinə üzv digər ölkələrə də mənfi təsir buraxır.

İtaliyada sənaye məhsullarının istehsalındakı azalma bu ölkəni yeni iqtisadi böhrana sürükləyir. İtaliyanın Statistika Mərkəzinin ən son məlumatına görə, ötən ilin noyabrında İtaliyada sənaye məhsullarının istehsal həcmi öncəki ay ilə müqayisədə 1.6%, ilin əvvəli ilə müqayisədə isə 2.6% azalmanın şahidi olub.

 

Ötən ilin noyabrında sənaye məhsullarının istehsalındakı azalma ölkə daxili və xaricində tələbatın azalması ilə əlaqədardır. Bu məsələ öz-özlüyündə işsizliyin artmasına səbəb olacaq. Narahatlıq doğuran məqam sənaye məhsullarının istehsalındakı azalmanın davamlı hal almasıdır.

 

Analitiklərin dediklərinə görə sənaye sahəsindəki geriləmə, işsizlik səviyyəsinin artması və hazırda 2 trilyon 323 milyard avro olan xarici borcların hədsiz dərəcədə çox olması İtaliyadakı problemlərin bir çoxunun başlıca səbəbidir.

 

İtaliyanın xarici borclarının həddən artıq çox olması ümumi problemə çevrilib və ölkə iqtisadiyyatını kövrək duruma düşürüb. Buna görə də bəzi reytinq şirkətləri İtaliya iqtisadiyyatının etibarlılıq dərəcəsini azaldıblar.

 

Avropa Birliyinin dördüncü ən iri iqtisadi qüdrəti sayılan İtaliyanın hazırkı durumu digər üzv ölkələrə də öz mənfi təsirini buraxır.