Mart 15, 2019 09:11 Asia/Baku
  • Yeni Zelandiyada bir məscidə qarşı terror hücumu; 9 ölü

Naməlum silahlı şəxsin Yeni Zelandiyada bir məscidə qarşı terror hücumu azı doqquz nəfərin ölümü ilə nəticələnib.

Bu gün səhər Yeni Zelandiyanın Kraysçörç şəhərindəki məsciddəki bu atəşaçma nəticəsində təqribən əlli nəfər də yaralanıbdır.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olmasına görə, ölənlərin sayının artması ehtimalı var.

İndiyədək bir şəxs və ya qrup bu terror hücumunun məsuliyyətini üzərinə götürməyibdir.

Yeni Zelandiya polisi qeyd olunan terror hadisəsinin amilini həbs etməyə çalışır.

Müsəlmanlar Yeni Zelandiya əhalisinin bir faizini təşkil edirlər.