Apr 28, 2019 15:20 Asia/Baku
  • İran, İslam Dünyasında öncül ölkələr sırasındadır
    İran, İslam Dünyasında öncül ölkələr sırasındadır

İranın elmlər, tədqiqat və texnologiya naziri deyib: İslam Dünyasında öncül ölkələr 20-25 ölkə arasındadırlar ki, İran dünyada öncül bir ölkə kimi tanınır.

Mənsur Qolami bu gün Tehran Universitetində keçirilən “1414-cü günəş ili üfüqündə İslam Dünyasının gələcəyi” adlı beynəlxalq konfransda deyib ki, İranın elmi məhsulları elmi təşkilatlarda hamının ixtiyarına qoyulur.

İranın elmlər, tədqiqat və texnologiya naziri əlavə edib: İslami ölkələrin gənclərinə elmi-tədqiqat və təhsil xidmətlərinin təqdimi İranın elmi fəaliyyətlərinin prioritetindəndir. Qolami D-8 qrupu ölkələri arasındakı həmkarlığa, qonşular arasındakı elmi-tədqiqat xidmətləri mübadiləsinə və universitetlərin əməkdaşlığına toxunaraq, İran İslam Respublikasının elm və texnologiya sahəsindəki təcrübələrini başqalarına ötürməyə hazır olduğunu bildirib.

Teqlər