İyul 26, 2019 09:09 Asia/Baku
  • Quterreş: Fələstinlilərin mənzillərinin dağıdılması qanunsuzdur

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş fələstinlilərin mənzillərinin sionist rejim tərəfindən dağıdılmasından nigarançılıq edərək, deyib ki, sionist rejimin fələstinlilərin əmlakını aradan götürmək üzrə siyasəti beynəlxalq qanunlara ziddir.

Sionist rejim Qüdsü yəhudiləşdirmək məqsədilə ötən bazar ertəsi günündən bəri bu şəhər ətrafındakı fələstinli mənzilərini dağıtmaq istiqamətində ən böyük əməliyyata başlayıbdır.

Sionist rejim ordusu fələstinliləri öz mənzillərindən çıxardıqdan sonra işğal olunmuş Qüdsün cənub-şərqində yerləşən "Vadi Əlhums" məntəqəsində onlarla evi dağıdıbdır.

Sionist rejimin bu hərəkəti geniş beynəlxalq reaksiylara səbəb olub. Beynəlxalq Amnistiya Təşkilatı sionist rejimin bu hərəkətini hərbi cinayət adlandırıbdır.

Sionist rejim beynəxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq, sionist qəsəbələr salmağı davam etdirir və bu sahədə Amerikanın himayəsinə arxalanır.

Teqlər