İyul 30, 2019 13:11 Asia/Baku
  • Şotlandiyada breksit müxalifləri Consonu küyləyiblər
    Şotlandiyada breksit müxalifləri Consonu küyləyiblər

Şotlandiyada Avropa Birliyindən çıxmaqla müxalif olanlar İngiltərənin yeni baş nazirini küyləməklə qarşılayıblar.

Şotlandiyanın Birinci naziri Nikola Stercen ilə görüşmək üçün paytaxt Edinburqa getmiş Boris Conson Şotlandiyanın istiqlaliyyətini və Avropa Birliyində qalmağı himayə edən aksiyaçıların küyləmələri ilə üzləşibdir.

Stercen bildiribdir ki, əgər London breksit-də Şotlandiyanın tələblərini nəzər almazsa, Şotlandiyanın ayrılması üçün referendum keçirilməlidir.

İngilislər 2016-cı il referendumunda Avropa Birliyndən çıxmağa- breksit-ə səs versələr də Şotlandiyada bu birlikdə qalmağı himayə edənlər hissolunacaq üstünlük təşkil edirlər.

İngiltərənin hətta razılıq olmadan belə, Avropa Birliyndən çıxmasına israr edən Boris Consonun hakimiyyətə gəlməsilə bu ölkədəki gərginliklər artıbdır.

Teqlər