Avq 18, 2019 10:44 Asia/Baku
  • İngiltərə hökumətinin gizli sənədi ifşa olunub
    İngiltərə hökumətinin gizli sənədi ifşa olunub

İngiltərə hökumətinin gizli bir sənədi ifşa olunub. Bu sənəd bu ölkənin razılıq olmadan Avropa Birliyindən çıxmasının sərt nəticələrini, o cümlədən qida, yanacaq və dərman çatışmazlığını göstərir.

Londonda çıxan "Sandi Tayms" qəzetinin məlumatına görə, bu gizli dövlət sənədi nazirlər kabinetinə aiddir. "Yellow Hummer" adlı bu sənəd daha çox İngiltərənin razılıq olmadan Avropa Birliyindən çıxmasının ehtimal olunan nəticələrini göstərir.

Bu sirli sənədə əsasən, İngiltərənin əsas kanal yollarından keçən nəqiyyat gəmilərinin təqribən 85 faizi Fransa gömrüyü üçün hazır olmayacaq və gəmiçiliyin adi cərəyanı üç ay müddətinə bərqərar olmayacaqdır.

İngiltərənin baş naziri Boris Conson avqustun on beşində bir daha vurğuladı ki, ölkəsi 2019-cu il oktyabrın 31-də heç bir razılıq olmadan Avropa Birliyindən çıxacaqdır.

Conson bu yolda İngiltərə parlamentində geniş müxalifətlə üzləşib və leyboristlər partiyasının lideri Ceremi Korbin onun impiçment edilməsindən söz açıbdır.

Teqlər