Sen 11, 2019 19:09 Asia/Baku
  • Hindistan Çin-Pakistan birgə bəyanatını tənqid edib
    Hindistan Çin-Pakistan birgə bəyanatını tənqid edib

Hindistan Pakistan və Çinin Yeni-Dehlinin nəzarəti altında olan Kəşmr barədə birgə bəyanat yaymalarını tənqid edib və Kəşmir məsələsini Yeni-Dehlinin daxili məsələsi adlandırıb.

Hindistan xarici işlər nazirliyi bu gün bir bəyanatda bildirib ki, Camu və Kəşmir Hindistanın ayrılmaz hissəsidir və bu məsələ bu ölkənin daxili məsələsidir.

Çin xarici işlər naziri Van İ-nin İslamabada son səfərində yayılan Çin-Pakistan birgə bəyanatında Pekin bildiribdir ki, Pakistanın Hindistanın nəzarəti altında olan Kəşmir ilə bağlı mövqeyini himayə edir və bölgənin şəraitini daha da mürəkkəbləşdirəcək hər cür birtərəfli addımla müxalifdir.

Çin xarici işlər naziri bazar günü İslamabada olan səfərində Pakistanın baş naziri İmran xan, xarici işlər naziri Şah Mahmud Qureyşi və bir neçə digər pakistanlı rəsmi ilə görüşübdür.