Sen 13, 2019 14:02 Asia/Baku
  • Facebook Netanyahunun hesabını dayandırdı

Facebook sosial şəbəkəsi cümə axşamı günü sionist rejimin baş naziri Benyamin Netanyahunun və hakim Likud partiyasının şəxsi hesabını irqçi yazılara görə 24 saat dayandırdı.

Facebook sosial şəbəkəsi Netanyahunun və Likud partiyasının fələstinlilərə qarşı son açıqlamaları və yazılarını nifrət nümunəsi adlandırıb. Benjamin Netanyahu bir müddət əvvəl Facebook-da məzlum fələstinliləri "məhvedən" adlandırmışdı.

Fələstinlilər daima sionist rejimin dağıdıcı və irqçi hərəkətlərinə məruz qalırlar.