Okt 08, 2019 17:06 Asia/Baku
  • Trampın seçki təbliğatları davam edir

Bu günlər Ukraynageyt rüsvayçılığının seçki kampaniyasında meydanı Tramp üçün daraltdığı bir şəraitdə onun qüvvələrini Suriyadan çıxarmaq barədəki yeni qərarı da ona qarşı tənqidlərə səbəb olubdur.

Tramp amerikalı əsgərlərin Suriyanın şimalından çıxmaları haqda göstəriş verib və bildirib ki, bu sonsuz və gülünc savaşların bizə dəxli yoxdur.

Kölgə hökumətinin səbri tükənibdir. Hillari Klintondan tutmuş respublikaçı senator Lindsey Qramahadək deyirlər ki, Trampın bu işləri xəyanət və faciədir. İranın xeyrinə olacaq.

Amerikanın sabiq milli təhlükəsizlik müşaviri Suzan Rays deyir ki, xarici siyasət tamamilə məğlub olubdur. Və senator Robio deyir: Suriyadan çıxmaq qərarı İranın Amerika hökumətinin sədaqətsizliyi barədəki baxışını təsdiq edir.

ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi də Trampın qərarını olduqca nigaranedici adlandırıb

Trampın tənqidçiləri bu dəfə hər iki spektrdə qılınc çəkiblər. Onu yaralamaq üçün ən yaxşı vasitə hələlik elə həmin Ukraynageytdir.

Yəni Trampın impiçmenti bu günaha görədir ki, öz ukraynalı həmkarına deyib:

Co Baydenin oğlu və onun korrupsiyası barədə nə bilirsənsə, danış

Obamanın müavini Co Bayden Trampın 2020-ci prezident seçkilərindəki rəqibidir. Tramp onun adını “Yuxulu Co” qoyub. Bayden proqnoz edir ki, Tramp tezliklə hakimiyyətdən sui-istifadə etmək günahı ilə məğlubiyyətə uğrayacaq, amma deyir ki, bu haşiyələr onun üçün kostyum geyinmək kimi adi bir məsələdir.

Bu, Amerikada mətbuat və televiziya üzrə beynəlxalq icmalçı və yazar Len Uilyamsın fikridir.

Müsahibə: Trampın özü deyir ki, hətta əgər məşhur Tayms meydanının ortasında atəş açsa belə, bir kəsin onunla işinin olmayacağını bilir. Onun impiçment ediləcəyinə inanmıram. Senat səs verməyəcək.

Demokratlar istəyirlər ki, Tramp Conson və Klintondan sonra Amerikanın impiçment edilən üçüncü prezidenti olmuş olsun və ya Niksonun vatergeyt kimi taleyi olmuş olsun.

Amma bütün bunlar bir qumardır, çünki əgər o tayda Baydenin oğlunun işi göstərsə ki, Ukrayna mafiyası Obamanın komandasının içərilərinə kök salıbmış, bu, Trampın rəqiblərinin 2020-ci il seçkilərində vaxtından qabaq məğlubiyyətlərinə səbəb ola bilər. Hər halda, bu məsələ Vaşinqtonda Ağ Ev üçün ən böyük problemə çevrilib və ehtimal üzrə bu hekayət barədə qarşıdakı günlərdə bundan artıq məsələlər eşitmiş olacağıq.