Dek 07, 2019 20:19 Asia/Baku
  • Fransada bir etirazçı vəhşicəsinə döyülüb
    Fransada bir etirazçı vəhşicəsinə döyülüb

Fransada beş dekabr etirazlarında iki polis məmurunun yerə yıxılmış bir kişini döydüyünü əks etdirən yeni bir film yayılıb.

Le-Parizian qəzetinin məlumatına görə, bir fotoqraf iki gün bundan qabaq Fransada pensiya sisteminin islahına qarşı keçirilən aksiyadakı kobud bir səhnəni lentə alıbdır. Bu film iki polisin yerə yıxılmış bir kişini təpik və dəyənəklə döydüyünü göstərir. Fransa təhlükəsizlik qüvvələrinin bu iki üzvü sonra döydükləri şəxsi həbs etmədən səhnəni tərk edirlər. Fransa milli polisinin ümumi müfəttişliyi "ümumi ixtiyarlara malik olan şəxslər tərəfindən zorakılıqlar" barədə təhqiqata başlayıbdır.