Yan 16, 2020 11:29 Asia/Baku
  • Amerikanın sanksiyaları İrana qarşı iqtisadi savaşdır
    Amerikanın sanksiyaları İrana qarşı iqtisadi savaşdır

Amerika xarici əlaqələr şurasının sədri Vaşinqtonun sanksiyalarını İrana qarşı iqtisadi savaş adlandırıb.

Riçard Haass Amerika konqresinin nümayəndələr palatasının xarici işlər komitəsinin dinləmə iclasında Amerikanın 2018-ci ildə birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasına və sanksiyaların geri dönməsinə işarə edərək, deyib: Amerika sanksiyalar tətbiq edərkən İranın ixtiyarına alternativ diplomatik seçimlər qoymadı və sanksiyalar tətbiq etməklə İrana qarşı bir növ iqtisadi savaş saldı.

Haass İranın sanksiyalara reaksiyası haqda isə belə deyib: İran elə bir mövqedə deyildi ki, oxşar cavab vermiş olsun və əvəzində, kompeks tədbirlər gördü ki, Amerikanı və başqalarını bu sanksiyaların bahasını ödəməyə və sanksiyaların ləğv edilməli olması nəticəsinə gəlməyə məcbur etmiş olsun.

Riçard Haass Amerikanın cinayətkarcasına hərəkəti və Qasem Soleymaninin terror edilməsi haqda deyib: İrana qarşı çəkindirici amillər yaratmaq üçün daha yaxşı yollar var idi və Qərbi Asiyada digər bir savaş bizim strateji maraqlarımız istiqamətində deyil.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani və onun bir qrup silahdaşı yanvarın üçündə təcavüzkar və terrorçu amerikalı qüvvələrin Bağdad hava limanı ətrafındakı hava hücumunda şəhid edildi.

ABŞ-ın müdafiə nazirliyi- Pentaqonun məlumatına görə, bu hücuma göstərişi həmin ölkənin prezidenti Donald Tramp vermişdi.