Fev 15, 2020 12:32 Asia/Baku
  • Əlcəzairlilər bir daha küçələrə çıxıblar
    Əlcəzairlilər bir daha küçələrə çıxıblar

Əlcəzair xalqı dünən bir daha bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirib. Onlar Əlcəzairdə geniş islahatların və korrupsiya ilə mübarizənin aparılmasını istəyiblər.

Əlcəzair xalqı bu aksiyada həmçinin son etirazlarda həbs olunanların dərhal azadlığa buraxılmaları vacibliyini vurğulayıblar.

Əlcəzairlilər “Hərbi hökumət yox, milli hökumət istəyirik!” və “Etirazlardan əl çəkməyəcəyik!” şüarları veriblər.

Əlcəzairin keçmiş prezidenti Əbduləziz Butəfliqənin ictimaiyyətin təzyiqləri altında 2019-cu il aprelin 2-də istefa verməsindən bəri bu ölkə xalqı küçələrə çıxaraq, Butəfliqə dövrü ünsürlərinin kənarlaşdrılması və korrupsiya ilə mübarizə aparılmasını tələb edir.

Əlcəzair xalqı bu ölkədə əsaslı dəyişikliklər istəyir.

Əlcəzairlilərin etirazları keçmiş prezident Əbduləziz Butəfliqənin dalbadal beşinci dəfə prezidentliyə namizəd olması ilə başlandı və onun hakimiyyətdən kənara çəkilməsilə nəticələndi.