Mart 25, 2020 21:30 Asia/Baku
  • İspaniya COVID-19 tələfatı cəhətdən Çini arxada qoyub
    İspaniya COVID-19 tələfatı cəhətdən Çini arxada qoyub

İspaniya səhiyyə nazirliyi bu ölkədə koronavirus tələfatının sayını elan edib. Bu xəbər İspaniyanın COVID-19 tələfatı cəhətdən Çini arxada qoymasından söz açır.

İspaniya səhiyyə nazirliyi bu gün öz saytında bildirib ki, ötən sutka ərzində bu ölkədə həmin xəstəliyə yoluxma nəticəsində 738 nəfər həyatını itirib. Bu müddətdə İspaniyada koronavirusa yoluxma üzrə 7937 yeni hal qeydə alınıb.

Belə bir halda, Asiyanın şərqində, xüsusən Çində və Cənubi Koreyada COVID-19 infeksiyası prosesi azalmaqda olubdur.

Beləliklə, İspaniyada koronavirusa yoluxanların ümumi sayı 47610, bu virusun törətdiyi tələfatın miqdarı isə 3434 nəfərə artıbdır.

Fransa xəstəxanalar federasiyasının sədri Fredrik Veltoks da bildiribdir ki, bu ölkədə koronavirus xəstəliyi nəticəsində həytını itirən şəxslərin real sayı hökumət tərəfindən elan olunan rəsmi miqdardan qat-qat çoxdur.

MADRİD ÇOVİD-19 TƏLƏFATINDA ÇİNİ QABAQLAYIB