Mart 26, 2020 17:27 Asia/Baku
  • ATƏT cəbhə bölgəsində atəşkəs rejiminin səviyyəsini qiymətləndirib
    ATƏT cəbhə bölgəsində atəşkəs rejiminin səviyyəsini qiymətləndirib

Koronavirus pandemiyası səbəbindən video-konfrans formasında keçirilən 7-lər qrupunun xarici işlər nazirlərinin iclası müştərək bəyanat barədə razılıq əldə etmədən başa çatıb.

«Vaşinqton Post» qəzetinin saytı dünən gecə xəbər verib ki, 7-lər qrupunun xarici işlər nazirlərinin virtual iclası üzv ölkələrin Vaşinqtonun «Uhan virusu» ifadəsinin qeyd olunması təklifi ilə müxalifət etmələrinə görə, birgə bəyanat yaymadan öz işini başa vurub.

7-lər qrupunun xarici işlər nazirlərinin iclası çərşənbə axşamı günü və koronavirus pandemiyası səbəbindən video-konfrans formasında keçirilib.

7-lər qrupunun zirvə görüşü də ötən bazar ertəsi günü koronavirus pandemiyasının genişlənməsindən irəli gələn nigarançılıqlara görə, virtual formada keçirilmişdi.

Bu video-konfransdan yayılan təsvirdə Amerika prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, İngiltərənin baş naziri Boris Conson, Yaponiyanın baş naziri Şinzo Abe və İtaliyanın baş naziri Cüzeppe Konte müşahidə olunurlar.

«Vaşinqton Post» bu haqda yazıb: 7-lər qrupunun xarici işlər nazirlərinin iclası üzv ölkələrin ABŞ-ın dövlət katibi Mayk Pompeonun «Uhan virusu» ifadəsinin qeyd olunması təklifi ilə müxalifət etmələrinə görə, müştərək bəyanat yaymadan işini başa vurubdur.

Pompeo belə demşdi: Virusun haradan gəldiyini qeyd etmək olduqca mühüm bir məsələdir.

Bundan öncə Trampın «Çin virusu» ifadəsindən istifadə etməsi Pekin rəsmilərinin kəskin etirazı ilə üzləşmişdi.

Çin başçıları deyirlər ki, bu virus Çindən başlansa da onun bu ölkədə yayılmasının səbəbi, hələ müəyyən edilməyibdir.

7-LƏRİN İCLASI BƏYANATSIZ BAŞA ÇATIB