Mart 27, 2020 07:54 Asia/Baku
  • Amerika COVID-19-a yoluxanların önündə gedir

Ötən sutka ərzində daha 15 mindən çox amerikalının koronavirusa yoluxması ilə bu ölkə COVID-19-a yoluxan ölkələrin önünə keçdi.

Amerika səhiyyə nazirliyi dünən gecə ötən sutka ərzində daha 15 mindən çox amerikalının koronavirusa yoluxduğunu bildirib. Beləliklə bu ölkədə bu virusa yoluxanların sayı yeni rekord qeydə alıb: 83672 nəfər.

Amerikada koronavirusdan ölənlərin sayı da digər bir sıçrayışla 1209 nəfərə çatıb.

Amerika bu göstərici ilə hazırda koronavirusa yoluxanların sayı baxımından bu virusun ilk ocağı olan Çini ötüb keçibdir.

Çində hazırda 81285 nəfər koronavirusa yoluxubdur ki, onlardan 3281 nəfər həyatını itiribdir.

Ölüm baxımından isə İtaliya son zamanlar Çini qabaqlayıbdır.

İtaliya hökuməti dünən gecə bildirdi ki, bu ölkədə koronavirusdan ölənlərin sayı 8215 nəfərə çatıbdır.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı günü elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcəkdir.

Hazırda bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olub.

Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

Trutos amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.

ABŞ COVID-19-A YOLUXAN ÖLKƏLƏRİN ÖNÜNDƏDİR