Apr 07, 2020 19:24 Asia/Baku
  • ABŞ-ın sanksiyalarının azaldılmasına beynəlxalq təkid

Dünyanın keçmiş yüksək vəzifəli rəsmilərindən bir qrupu Donald Trampa məktubda koronavirusun qızğın çağında İrana qarşı sanksiyaların azaldılmasını istəyibdir.

Qardian qəzetinin yazdığına görə, bu 24 nəfərlik qrupun ABŞ prezidentinə ünvanladığı məktubda dünyanın keçmiş tanınmış müdafiə rəsmiləri və diplomatlarının adları nəzərə çarpır. Onların arasında NATO-nun dörd keçmiş rəisinin adı görünür. NATO-nun keçmiş baş katibi Corc Robertson, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini, Ümumdünya Səhiyyə Təşkilatının keçmiş sədri Qruhaarlem Brandtlend, MAQATE-nin keçmiş baş direktoru Hans Bliks bu şəxslərdəndirlər.

Bu 24 nəfərlik qrup zəruri malların və tibbi ləvazimatlarının satın alınmasını əngəlləyən qanunların və ABŞ-ın İrana qarşı sanksiyalarının bu sahəyə aid olan hissəsinin ləğvini istəyib.

Bu məktubda həmçinin ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt, Amerikanın keçmiş müdafiə nazirləri Uilyam Kohen və Çak Hagel, keçmiş maliyyə naziri Pauel Onil və İranla atom müzakirələrində iştirak etmiş baş amerikalı diplomatlardan olan Uilyam Brensin adları da müşahidə olunur.