Dek 13, 2017 10:05 Asia/Baku
  • Moqerini: Nüvə anlaşmasının qorunması bir zərurətdir
    Moqerini: Nüvə anlaşmasının qorunması bir zərurətdir

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayndəsi çərşənbə axşamı bir daha İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasının önəminə təkid edib və deyib: Nüvə anlaşmasının qorunması bir zərurətdir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Federika Moqerini Avropa Parlamentinin Fransanın Strasburq şəhərində keçirilən iclasında deyib: Avropa Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş bir neçə tərəfli beynəlxalq bir anlaşmanın zəiflədilməsini qəbul etmir. 

AB-nin xarici siyasət üzrə ali nümayəndəsi bundan öncə də dəfələrlə nüvə anlaşmasının qorunmasına təkid edərək, onu dünya ictimaiyyətinə aid olan beynəlxalq bir anlaşma adlandırıb. 

İran və 5+1 qrupu arasında nüvə anlaşması 2016-cı ilin yanvarından qüvvəyə minib. Amma, ABŞ hökuməti bu anlaşmanı imzalayan ölkələrdən biri olaraq, davamlı şəkildə onu zəiflətməyə çalışır. 

ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasına zərbə vurmaq məqsədi ilə onu dəhşətli anlaşma adlandırır və bu anlaşmanın ləğv edilməsini istəyir. Amma, dünya ictimaiyyəti ABŞ prezidentinin bu istəyinə qarşı çıxır. 

Teqlər

Şərhlər