Dek 17, 2017 12:12 Asia/Baku
  • Başqa bir amerikalı siyasətçi cinsi zorakılıqda suçlandı
    Başqa bir amerikalı siyasətçi cinsi zorakılıqda suçlandı

ABŞ Nümayəndələr Palatasının bir üzvü cinsi zorakılıqda suçlandıqdan sonra yenidən seçkilərdə iştirak etməyəcəyini deyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ Nümayəndələr Palatasında Nevada ştatının demokrat nümayəndəsi Robert Kihun şənbə günü bir bəyanat verərək bildirib: İrəli sürülən ittihamlar ardınca özü və ailəsinin mənafeyinə görə, Konqresdəki iştirakına son qoyacaq və seçkilərdə yenidən iştirak etməyəcək. 

Məlumata görə, seçki mübarizələri zamanı iki qadın bu demokrat nümayəndəni cinsi zorakılıqda suçlayıb. 

Bundan öncə də ABŞ Nümayəndələr Palatasının başqa bir üzvü Con Koniyers keçmiş əməkdaşları tərəfindən cinsi zorakılıqda suçlanmış və istefa vermişdi. 

Həmçinin ABŞ Konqresinin üç üzvü və Donald Trmap cinsi zorakılıqda ittiham olunurlar. 

Teqlər