Oct 03, 2018 13:28 Asia/Baku
  • Tramp Məlik Salmanı təhqir edib
    Tramp Məlik Salmanı təhqir edib

ABŞ prezidenti Səudiyyə Ərəbistanı kralına ABŞ ordusunun dəstəyi olmadan iki həftə belə hakimiyyətini davam etdirə bilməyəcəyi barədə xəbərdarlıq edib.

Röytersin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp dünən Səudiyyə Ərəbistanı barədə təhqiramiz bəyanatda deyib ki, Səudiyyə kralı Məlik Salmana ABŞ ordusunun dəstəyi olmadan hakimiyyətini iki həftə müddətinə davam etdirə bilməyəcəyi barədə xəbərdarlıq edib.

Tramp Deyib: Biz heç nəyin qarşılığında bu ölkələrin bir çoxunu müdafiə edirik amma onlar isə neftin qiymətini bahaladaraq bizdən mənfəət götürürlər, bu yaxşı deyil, biz onlardan qiymət artımını dayandırmalarını, qiyməti endirməyə başlamalarını istəyirik. 

ABŞ prezidenti elə bir şəraitdə bu çıxışı edir ki, Tramp hökuməti Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrə malikdir və Səudiyyəni İran qarşısında möhkəm qala adlandırır. 

ABŞ prezidenti şənbə günü də qərbi Virciniyada etdiyi çıxışında Səudiyyə Kralı ilə telefon söhbətlərinə toxunaraq Səudiyyə Ərəbistanının Amerikaya asılı vəziyyətdə olmasına dair oxşar təhqiramiz ifadələrdən istifadə edərək demişdi ki, telefon danışığında Məlik Salmana Amerikasız Səudiyyə Ərəbistanının taleyinin nə olacağının naməlum olduğunu deyib. 

Teqlər

Şərhlər