Jan 18, 2019 12:43 Asia/Baku
  • Almaniya:
    Almaniya: "Sərt breksit" hamıdan çox, ingilislərin zərərinədir

Almaniyanın xarici işlər naziri deyib: İngiltərənin razılaşma olmadan Avropa Birliyindən çıxması- "sərt breksit" hamıdan çox, ingilislərin zərərinədir.

Hayko Maas dünən Berlində, Almaniyanın xalq nümayəndəliyinin birpalatalı orqanı olan Bundestaq-da belə deyib: Tam aydın şəkildə Londona elan edirik ki, şıltaqlığın zamanı başa çatıbdır və top hazırda İngiltərənin tərəfindədir. Deməli, bu ölkədə siyasi məsuliyyət daşıyan bütün şəxslər razılaşmaya borcludurlar.

Almaniyanın xarici işlər naziri əlavə edib: Təsəvvür edilə bilməz ki, İngiltərənin breksit barədə Avropa Birliyi ilə razılaşması bir daha bəhs və müzakirə olunacaq.

İngiltərə parlamentinin aşağı palatası yanvarın on beşi axşamçağı bu ölkə dövlətinin breksit barədə Avropa Birliyi ilə razılaşmasının əleyhinə səs verdi.

Tereza Mey və Avropa Birliyinə üzv 27 ölkənin başçıları ötən ilin noyabrında bu razılaşmanı əldə etmişdilər, amma onun icrası İngiltərə parlamentinin ratifikasiyasına ehtiyaclı idi.

İngiltərə dövləti Avropa Birliyindən çıxma-breksit məsələsini bu ilin mart ayınadək başa çatdırmalıdır.

 

Teqlər

Şərhlər