Apr 25, 2019 10:16 Asia/Baku
  • Vaşinqton yenə də İran neftinin alqısı üzrə istisnanı araşdırır
    Vaşinqton yenə də İran neftinin alqısı üzrə istisnanı araşdırır

Assoşieyted-Press İran neftinin alıcıları üçün yeni istisnaların verilməsini araşdırmaq məqsədilə Amerika hökumətinin geri çəkilməsindən xəbər verib.

Bu amerikan informasiya agentliyi xəbər verib: Adlarının açıqlanmamasını istəyən ABŞ konqresinin rəsmiləri və müşavirləri deyiblər: Amerika hökumətinin araşdırdığı variantlardan biri budur ki, İran neftinin alıcılarına icazə verilsin ki, mayın ikisindən öncə gələcəkdə təhvil veriləcək neft yüklərinin sifarişini qeydə aldıraraq, onların pullarını ödəsinlər.

Bu rəsmilər əlavə ediblər: Amerika hökuməti bu etapdan sonra İran neftinin daşınması və təmizlənməsi üçün istisna təyin edəcək.

Assoşieyted-Press yazıb: ABŞ dövlət departamenti bəzi ölkələrin İran neftinin idxalatını sanksiyasız şəkildə davam etdirmələri ehtimalı barədə fikir bildirməkdən çəkinir.

Amerika hökuməti bazar ertəsi günü bu ölkənin nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasının birinci ili ərəfəsində bildirdi ki, Vaşinqton 2019-cu il mayın ikisindən etibarən, İran neftinin alıcıları üçün istisnaları uzatmayacaqdır.

Amerika hökuməti 2018-ci ildə də bildirmişdi ki, İran neftinin ixracatını sıfıra endirəcək, amma bu siyasətin icrası uğursuz qaldı və məcbur oldu ki, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan və Tayvanı İrana qarşı neft sanksiyalarından azad etsin.

 

 

Teqlər

Şərhlər