Jul 11, 2019 20:22 Asia/Baku
  • BƏƏ-nin peykini daşıyan Fransanın orbitə buraxdığı raket 2 dəqiqədən sonra qəzaya uğrayıb

"Şahin gözü" adlı Birləşmiş Ərəb Əmirliklərinin bir ədəd süni peykini Fransa ərazisindən orbitə göndərmli olan bir ədəd raket atıldıqdan 2 dəqiqə sonra qəzaya uğrayıb.

İRİB-in verdiyi məlumata görə, Voqa raketi bu gün səhər Fransanın Quyan bölgəsində yerləşən Koro kosmik bazadan orbitə atıldı amma iki dəqiqədən sonra yerə düşdü.

Bu Voqa raketinin ilk qəzası hesab olunur. Bu raket 2012-ci il 13 fevraldan etibarən Avropanın kosmik mərkəzinin(ESA) istifadəsinə verilib.

Fransız mənbələr bildiriblər ki, Avropanın raket tullayan şirkəti "Arian Speys" raketin yerə düşməsi xəbərini təsdiqləyərək bu hadisə ilə əlaqədar öz təəssüflərini bildirib.

Hələlik baş verən qəzanın səbəbləri barədə məlumat yayılmayıb.

Teqlər

Şərhlər