Okt 07, 2019 20:47 Asia/Baku
  • Vaşinqton: Türkiyənin hücumunda kürdləri mühafizə etməyəcəyik
    Vaşinqton: Türkiyənin hücumunda kürdləri mühafizə etməyəcəyik

Amerikalı rəsmi deyib: Türkiyə ordusunun Suriyanın şimalındakı kürdlərə hücumu təqdirində Amerika kürd qrupları mühafizə etməyəcək.

Adının açıqlanmamasını tələb edən amerikalı rəsmi bu gün Röytersə verdiyi müsahibədə deyib: Vaşinqton kürd yaraqlıların diqqətinə çatdırıb ki, Türkiyə ordusunun hücumu təqdirində Amerika onları mühafizə etməyəcək. 

Bu amerikalı rəsminin dediyinə görə, amerikalı qüvvələr Suriyanın Türkliyə ilə sərhəd zonasında Təl-Əbyəz və Rəsül-Eyndə iki nəzarət məntəqəsini boşaldıblar. 

ABŞ prezidenti Donald Tramp Tvitter mesajında Amerika hərbçilərinin Suriyanın şimalından çıxmağa başlamaları barədə yazıb: Artıq Amerikanın Asiyanın qərbində sonu görünməyən gülünc müharibələrdən xilas olmasının vaxtı gəlib çatıb. 

Tramp kürdlərə dəstək barədə isə deyib: Onlar(kürdlər) on illiklər boyu Türkiyə ilə mübarizə aparır. O (döyüşlərin) çoxu qəbiləvidir və artıq əsgərlərimizi öz evlərinə qaytarmağımızın vaxtı gəlib çatıb. 

 

VAŞİNQTON, KÜRDLƏRİ TÜRKİYƏ QARŞISINDA MÜHAFİZƏ ETMƏYƏCƏYİNİ BİLDİRİB

Teqlər