Nov 08, 2019 19:24 Asia/Baku
  • Moskvada
    Moskvada "Nüvə Silahlarının Yayılmaması" konfransı işə başlayıb

Moskvada 40 ölkənin nümayəndələrinin iştirakı ilə "Nüvə enerjisi - tərksilah və yayılmamaq" adlı beşinci yayılmama konfransı işə başlayıb.

Nüvə məsələlərinə dair ən böyük beynəlxalq toplantılardan sayılan konfrans üç gün ərzində 40 ölkədən 250 beynəlxalq şəxsiyyətin və siyasi rəsminin iştirakı ilə keçiriləcək.

Konfransda İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyed Əbbas Əraqçı, nüvə anlaşması mövzusunda keçirilən xüsusi bir yığıncaqda dinc nüvə proqramı və bu anlaşmanın son vəziyyətini şərh edəcək.

Rusiyanın Təhlükəsizlik və Enerji Mərkəzinin rəhbəri Anton Xlopkov konfransın əvvəlində deyib: Təəssüf olsun ki, nüvə anlaşması yaxşı vəziyyətdə deyildir.

Xlopkov, həmçinin qısa və orta mənzilli nüvə qüvvələrinə dair müqavilənin ləğvinə işarə edərək, əlavə edib: Start-2 müqaviləsinin və Şimali Koreyanın nüvə tərkisilahı üzrə müzakirələrin taleyi məlum deyildir.

Şərhlər