Dek 26, 2019 13:32 Asia/Baku
  • Almatıda etiraz aksiyası
    Almatıda etiraz aksiyası

Qazaxıstanın Almatı şəhərinin bir qrup sakini bu şəhər təcridxanasının qarşısında etiraz aksiyası keçirib.

"Azadlıq!" şüarı verən aksiya iştirakçıları həbsdə olan vətəndaş fəallarının sərbəst buraxılmalarını tələb ediblər. Lakin təcridxananın məsul şəxslərindən heç kəs etirazçılara cavab verməyibdir.

Dekabrın 16-da Qazaxıstan təhlükəsizlik qüvvələri Almatı və Nursultan şəhərlərində onlarla nəfəri həbs ediblər.

Qazaxıstan Daxili İşlər Nazirliyi 16 dekabr etirazlarından sonra 55 nəfərin həbs olunduğunu bildirib.

Məlumata görə, 25-dən çox məhbus aclıq elan edibdir.

Teqlər

Şərhlər