May 24, 2020 01:18 Asia/Baku
  • Moskvada girovgötürməyə son qoyulub

Girovgötürən şəxs təhdid etmişdi ki, bankın binasını partladacaq.

SəhərAzəri - Ötən gün bir hücumçu şəxs koronavirus pandemiyasına görə, boşaldılmış Moskvanın mərkəzində yerləşən «Alfa» bankına hücum edib və orada bir neçə nəfəri girov götürübdür. Polis məmurları bu banka çıxan izdihamlı küçəni bağlamaqla girovgötürən şəxs ilə əlaqə yaradıb və nəhayət onu həbs etməklə girovtutmaya son qoyublar.

Girovgötürən şəxs təhdid etmişdi ki, bankın binasını partladacaq.

Moskva polisi bank işçilərindən birinin telefon əlaqəsi saxlaması ilə girovgötürmədən xəbərdar olmuşdu.

Girov götürən şəxsin əynində yerli restoranlardan birinin geyimi olub. Lakin onun bu restorana mənsubiyyəti təsdiq olunmayıbdır.

Teqlər

Şərhlər