Avq 07, 2020 14:40 Asia/Baku
  • Hook ABŞ-ın İran qarşısındakı siyasətlərinin uğursuz qalmasına görə, kənarlaşdırıldı

Vaşinqton Post qəzeti cümə günü səhər tezdən Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hookun kənarlaşdırılması haqda yazıb ki, o, Amerikanın İran qarşısındakı strateji siyasətlərinin uğursuz qalmasına görə, kənarlaşdırıldı.

SəhərAzəri xəbər verir, Hookun öz vəzifəsindən uzaqlaşdırılması və bu məsələnin ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən təsdiq olunmasından sonra bu ölkə hökumətinin sabiq bir rəsmisi Vaşinqton Post-a deyib: Brayan Hookdan istefa verməsi istənildi ki, Amerikanın İran qarşısında uğursuz qalmış siyasətlərinin müqəssiri kimi təqdim edilmiş olsun.

Adına işarə olunmayan Amerika hökumətinin bu keçmiş rəsmisinin sözlərinə görə, İran zənginləşdirmə, ehtiyatyığma və təhvil sisteminin yaradılması məhdudiyyətlərindən keçib və bütün datalara əsasən, bu şərait nüvə anlaşmasının əldə olunduğu zamandakı şəraitdən daha pisdir və onlar özlərinin pis hərəkətlərini nəzərəçarpacaq həddə artırıblar.

O, sonra deyib: Əgər siz hesab edirsiniz ki, bu strategiya uğurlu olub, bəs nə üçün öz xüsusi nümayəndənizi vəzifəsindən azad edirsiniz?

Vaşinqton Post-un yazdığına görə, hərçənd İran Amerikanın nüvə anlaşmasından çıxdığı zamandan bəri uran zənginləşdirilməsi haqdakı bəzi öhdəliklərini pozubdur, amma bu ölkənin nüvə yanacağı istehsalına yaxınlaşmasına dair heç bir dəlil yoxdur və İran hələ də öz nüvə fəaliyyətlərinə geniş beynəlxalq nəzarət-ə sadiqdir.

Hook 2018-ci ilin avqustunda, Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi təyin edildi. Bundan öncə o, ABŞ Dövlət Departamenti siyasətinin proqramlaşdırma direktoru idi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo təsdiq edibdir ki, Brayan Hookdan sonra Elliot Abrams Venesuela məsələləri üzrə xüsusi nümayəndə məsuliyyətindən əlavə, İran məsələləri üzrə xüsusi nümayəndə məsuliyyətini də daşıyacaqdır.

Teqlər

Şərhlər