Sen 16, 2020 15:16 Asia/Baku
  • Amerikada fövqəladə vəziyyət

Amerikanın bəzi cənub-şərq bölgələrində «Sali» qasırğasının baş verməsinin ardınca bu ölkənin prezidenti həmin bölgələrdə fövqəladə vəziyyət elan edib.

SəhərAzəri xəbər verir, Sali qasırğasının Amerikada Meksika körfəzinin sahillərinə yaxınlaşması ilə/ ştat rəsmiləri Amerikanın bəzi cənub-şərq bölgələrində daşqın imkanından xəbər veriblər.

Amerika prezidenti Donald Tramp Alabama, Missisipi və Luizianada fövqəladə vəziyyət elan edibdir.

Meteoroloqların sözlərinə görə, bu qasırğa çərşənbə axşamı günü gecə Alabama, Missisipi və Florida sahillərinə çatıb və bəzi bölgələrdə 61 santimetrədək yağışın yağacağı gözlənilir.

Hidrometeoroligiya təşkilatı da proqnoz edibdir ki, şəhər bölgələrində suyun səviyyəsi 7,2 metrə qalxa bilər. Qasırğanın əsmə sürəti saatda 95-140 kilometr elan olunubdur.

Deyilənlərə görə, Missisipi ştatında və Alabamanın sahil bölgələrində on bir minə yaxın ev daşqın təhlükəsilə üzləşir.

Teqlər

Şərhlər