Okt 18, 2020 18:35 Asia/Baku
  • Əfqanıstanın Gündüz əyalətindəki qarşıdurmalarda 12 nəfər ölüb

Əfqanıstanin yerli rəsmiləri bildiriblər ki, bazar günü ölkənin şimalında olan Gündüz əyalətində son silahlı qarşıdurmalarda 7 əsgər və 5 Taliban yaraqlısı öldürülüb.

SəhərAzəri xəbər verir, Yerli bir Əfqan rəsmisi jurnalistlərə deyib: Bu qarşıdurmalar dünən gecə bir qrup silahlı yaraqlı tərəfindən Gündüz əyalətində yerləşən iki bölgədə, müxtəlif silah və RPG-dən istifadə ilə Əfqanıstan Milli Təhlükəsizlik və Müdafiə Qüvvələrinin nəzarət buraxılış məntəqələrinin hücumlara məruz qalmasından sonra baş verib.
Bu Əfqan rəsmisi əlavə edib: Hücumda üç hökumət qüvvəsi və üç Taliban yaraqlısı da yaralanıb.

Teqlər

Şərhlər