Noy 22, 2020 08:30 Asia/Baku
  • ABŞ-ın Viskonsin ştatındaki bir ticarət mərkəzində atışma olub

ABŞ-ın Viskonsin ştatının Uauvatosa şəhərində yerləşən ticarət mərkəzində atışma olub.

SəhərAzəri xəbər verir, hadisə günorta saatlarında baş verib. Uavatosa Polis İdarəsinin rəisi Berri Veber hadisə ilə bağlı açıqlamasında 8 nəfərin xəsarətlə xəstəxanaya çatdırıldığını bildirib.

Qeyd edib ki, atəş açan şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Cinayətkarın ağ dərili, 20-30 yaşında olduğu bildirilir. Onun barəsində axtarış elan olunub. İstintaqa Federal Təhqiqat Bürosunun əməkdaşları da cəlb edilib.

Teqlər

Şərhlər