May 28, 2015 20:17 Asia/Baku
  • İslam Əməkdaşlıq Təşkilatı
    İslam Əməkdaşlıq Təşkilatı

İslam Əməkdaşlıq Təşkilatı müstəqil Fələstin dövlətinin təşkilni dəstəkləməyi vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Həds telekanalına istinadla verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Küveytdə keçirilən 42-ci iclasın yekun bəyanatında Fələstin amalı, fələstinlilərin hüquqlarının dəstəklənməsi və Qüds-Şərifin paytaxtlığı ilə fələstin dövlətinin təşkil olunmasını vurğulayıblar.
İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin bəyanatında həmçinin terrorizmi himayə edən mənbələrin qurudulmasının əhəmiyyəti vurğulanaraq İŞİD, əl-Nüsrə Cəbhəsi və əl-Qaidənin cinayətləri pislənilib.
Küveyt iclasının bəyanatında İraqda milli barışığın reallaşması və bu ölkədə təhlükəsizliyin bərqərar olunması istiqamətində İraq hökumətinin səyləri dəstəklənib.
İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 42-ci iclasının yekun bəyanatında həmçinin Əbd Rəbbə Mənsur Hadi dəstəklənib və o, Yəmənin qanuni prezidenti hesab olunub.

Teqlər