İyul 31, 2015 12:22 Asia/Baku
  • Plusi: İranın nüvə anlaşması diplomatiyanın şah əsəridir
    Plusi: İranın nüvə anlaşması diplomatiyanın şah əsəridir

ABŞ Nümayəndələr Palatasında azlıqların rəhbəri İranın nüvə anlaşmasını diplomatiyanın şah əsəri adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ABŞ Nümayəndələr Palatasında azlıqların rəhbəri Nansi Plusi bildirib: Əgər respublikaçılar gələn sentyabr ayında İranın nüvə məsələsi üzərində səsvermədə bu anlaşmanı rədd etmək istəyərlərsə, demokratlar öz səsləri ilə ABŞ prezidentinin veto gücünü qoruya bilərlər. Çünki İranın nüvə anlaşması diplomatiyanın şah əsəridir.
Nansi Plusi əlavə edib: Demokratlar ictimaiyyətin İranın nüvə anlaşmasını dəstəkləməsini azaltmağa çalışan mediaların səyi ilə bağlı uzunmüddətli tətillərdən sonra da bu anlaşmanın hamisi olacaqlar.
ABŞ KOnqresi İranın nüvə anlaşması ilə əlaqədar 60 günlük araşdırma işinə başlayıb. Bundan öncə respublikaçılar bildiriblər ki, İranın nüvə anlaşmasına qarşıdırlar və ehtimal olunur ki, həm Nümayəndələr Palatası və həm də Senatdakı müxaliflərin sayı ehtimal üzrə bu anlaşmanın rədd olunması həddində olacaq. ABŞ prezidentinin veto hüququnu təsirsiz etmək üçün konqresmenlərdən üçdə ikisinin əleyhinə səsinin olması lazımdır.
ABŞ prezidenti Barak Obama hökuməti Nansi Plusinin köməyi ilə Konqresin Demokrat nümayəndələrini İranın nüvə anlaşmasının öz qüvvəsində qalmasını qoruyacaq prezidentin veto hüququnun lehinə səs verməyə qane etməyə çalışır.