Avq 01, 2015 09:06 Asia/Baku
  • Ukrayna Konstitusiya Məhkəməsi şərq bölgələrə muxtariyyət verir
    Ukrayna Konstitusiya Məhkəməsi şərq bölgələrə muxtariyyət verir

Ukraynanın Konstitusiya Məhkəməsi cümə günü ölkənin şərqində separatçı bölgələrə əlavə muxtariyyət verən Ukrayna konstitusiyasında islahata yaşıl işıq yandırıb.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, qərb ölkələri də bu addımı dəstəkləyiblər. Çünki onu silalı münaqişə və gərginliyin azalması istiqamətində hesab edirlər.
Ukrayna parlamentinin nümayəndələri 16 iyulda bu layihənin Konstitusiya Məhkəməsində araşdırılmasını təsdiqləyiblər. Belə ki, parlamentdə səsverməyə çıxarılmazdan öncə məhkəmə onu araşdırmalıdır.
Pyotr Poroşenko öz Twitter səhifəsində yazıb: Dəyişikliklərə doğru önəmli addımın atılması barədə Konstitusiya Məhkəməsinin qərarı hökumət üçün önəmlidir.
Bu layihə yerli və bölgə nümayəndələr şurasına əlavə səlahiyyət verir. Lakin üsyançıların nəzarət etdikləri bölgələrdə yarım muxtariyyət vəziyyətinin tətbiq olunmasının əksinə olaraq, onların tələblərinə rəsmi icazə vermir.
Bu layihəyə əsasən bu tətbiq ayrı qanun olaraq 3 illik bir dövr üçün məyyənləşəcək.
Ukrayna medialarının bildirdiyinə görə, qərb ölkələri Ukraynadan bu vəziyyəti konstitusiyaya daxil etməsini istəyiblər. Lakin bu məsələ ölkə daxilində çoxlu müxalifətlərlə üzləşib.
Bir çoxlarının qənaətincə, Kiyev bu bölgələrinin muxtariyyətini praktiki olaraq qəbul etməməlidir. Ukrayna Rusiyanı bu ölkənin şərqində hərbi iştirakda suçlayır.
Ukraynanın şərqindəki münaqişə ötən 15 ay ərzində 6800-dən çox nəfərin ölməsi ilə nəticələnib.

Teqlər