Avq 27, 2015 19:16 Asia/Baku
  • Agentlik Qazaxıstanda Nüvə yanacağı bankı təsis edir
    Agentlik Qazaxıstanda Nüvə yanacağı bankı təsis edir

Qazaxıstan və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik az zənginləşdirilmiş uranın ehtiyat edilməsi məqsədilə bir nüvə bankının təsisi barədə razılaşma imzalayıblar.

Bu sənəd cümə axşamı günü Qazaxısanın paytaxtı Astana şəhərində bu ölkənin xarici işlər naziri Ərlan İdrisov və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukia Amano tərəfindən imzalanıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi mənbələrinin bildirdiklərinə görə, bir neçə ölkə Nüvə Təhdidi Layihəsi adlı özəl təşkilatın iştirakı ilə bir nüvə yanacağı bankı təsis etmək üçün 150 milyon dollar dəyərində büdcə ayırıb.
Bu bank 90 tondan yuxarı radioaktiv maddəni özündə yerləşdirməlidir ki, lazım olduqda agentliyə üzv ölkələri az zənginləşdirilmiş uran yanacağı ilə təmin etsin.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik iyun ayında nüvə yanacağı bankının təsisi layihəsini qəbul etmişdi.
Nüvə silahı olmayan məntəqənin yaradılması üzrə beynəxalq səylərin güclənidirilməsi, həmçinin region ölkələrinin həmkarlığı ilə dinc istehlak istiqamətində nüvə yanacağı istehsalı üçün regional mərkəz kimi zənginləşdirmə imkanlarından istifadə, iki mühüm prinsipdir ki, İran dəfələrlə onu irəli sürübdür.
İranın Altılıq ilə nüvə razılaşması bu istiqamətdə həmkarlıq üçün yeni başlanğıc ola bilər.

Teqlər