Sen 09, 2015 11:10 Asia/Baku
  • Terrorizmin pislənməsi yetər; Dünya praktiki addımlar atsın
    Terrorizmin pislənməsi yetər; Dünya praktiki addımlar atsın

İraqın xarici işlər naziri bildirib: İraq bir neçə cəhətli problemlərlə üz-üzədir və dünya terrorizmlə qarşılaşan ölkələrə kömək üçün əsaslı addımlar atmalıdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İbrahim Cəfəri Parisdə keçirilən zorakılığın qurbanları beynəlxalq konfransında etdiyi çıxışında bu məsələni bəyan edərək deyib: İraq hazırda neçə cəhətli çoxlu problemlərlə üz-üzədir. Belə ki, bu ölkə təhlükəsizliyin pozulması, Mosul məsələsi, siyasi təfriqə, kütlələr arasında fitnə odunu alovlandırmağa cəhd kimi problemlərlə qarşılaşıb.


Cəfəri əlavə edib: İŞİD terrorçularının hərəkətlərinin təkcə islam dini deyil, heç bir səmavi dinlərlə əlaqəsi yoxdur.


Cəfəri bildirib: Əsaslı və praktiki addımlar atmalıyıq, müharibəni sülhə çevirməliyik, təhlükəsizlik yaratmalıyıq. Sizdən istəyirəm ki, dərdlər və problemlərə reaksiya və söz mərhələsindən addımların atılması və təşəbbüskarlıq mərhələsinə keçəsiniz. Terrorizmi pisləmək yetər və terrorizmin genişlənməsinin qarşısını almaq üçün addımlar atmalıyıq.

Teqlər