Sen 19, 2015 14:53 Asia/Baku
  • "Ual Striti İşğal Et" hərəkatını yatırmaq üçün 1.5 milyon dollarlıq büdcə

ABŞ polisinin "Ual Striti İşğal Et" hərəkatına qarşı son zorakılıqları bu ölkə hökumətinə 1.5 milyon dollara başa gəlib.

"The International Business Times" analitik portalı cümə günü "Ual Striti İşğal Et" hərəkatının yaranmasının 4-cü ildönümü münasibətilə bir hesabat yayıb. Bu məlumata görə, sadəcə Nyu-Yorkda "Ual Striti İşğal Et" hərəkatını yatırmaq üçün 1.5 milyon dollar pul xərclənib.
Bu məlumata görə, "Ual Striti İşğal Et" hərəkatının yatırılması əməliyyatı Nyu-York rəsmiləri üçün 1.5 milyon dollara başa gəlib.
Ual Striti İşğal Et hərəkatının təsis edilməsinin 4-cü ildönümü günü, 17 sentyabrda Nyu-Yorkda qeyd olunub.
"Amerikanın 99%-i " adı ilə də tanınan "Ual Striti İşğal Et" hərəkatı 2011-ci ildə yoxsulluq, işsizlik, ictimai ədalətsizlik və gəlirlərin ədalətli şəkildə bölüşdürülməməsinə etiraz olaraq Ual Stritdə yerləşən Nyu-York birjası önündə aksiyanın keçirilməsi ilə başlanmış daha sonra bütün Amerika və bəzi Avropa ölkələrinə yayılmışdı.
Xatırladaq ki, Nyu-York ilə yanaşı Oklənd, Kaliforniya, Florida və bir sıra digər şəhərlərdə də bu etiraz aksiyalarının yatırılması üçün külli miqdarda vəsait xərclənib.

Teqlər