Noy 26, 2015 12:34 Asia/Baku
  • Rusiya-Türkiyə hökumətlərarası komissiyanın iclası ləğv olunub
    Rusiya-Türkiyə hökumətlərarası komissiyanın iclası ləğv olunub

Rusiya mediaları Su-24 qırıcı təyyarəsinin vurulması ardınca Rusiya-Türkiyə hökumətlərarası komissiya iclasının ləğv olunması üzrə Moskvanın qərarından xəbər veriblər.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Kremldə məlumatlı mənbə bildirib: Moskva 15 dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə hökumətlərarası komissiya iclasının ləğv edilməsinə qərar verib.
Rusiya prezidenti Vladimir Putin və türk həmkarı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Antalyada 20-lər qrupunun zirvə toplantısının kənarında bu iclasın keçirilməsi barədə razılığa gəlmişdilər.

Teqlər