Noy 26, 2015 13:05 Asia/Baku
  • Amerikada irqçiliyə qarşı etirazlar davam edir
    Amerikada irqçiliyə qarşı etirazlar davam edir

Amerikanın bir neçə şəhərində irqçilik əleyhinə etiraz aksiyaları polisi müdaxiləsi ilə insidentlə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Nyu-York şəhər polisi çərşənbə gecə Çikaqo və Miniyapolis etiraz aksiyaları ilə həmrəyliyi elan etmək və irqçiliyin pislənilməsi üzrə keçirilən etiraz aksiyalarında bir neçə nəfəri həbs edib.
Məlumatlara görə, Nyu-York polisi onlarla etirazçını həbs edib.
İllinoyz ştatının Çikaqo şəhərində də vəziyyət ötən gecədən de-stabildir.
Polis rəsmiləri çərşənbə günü 2014-cü il oktyabr ayında Çikaqoda 17 yaşlı qaradərili yeniyetmə Laquan Mcdonalda 16 dəfə atəş açılması ilə bağlı acınacaqlı video-çarxı yayımlayıblar.
Bu məsələ Amerika vətəndaşlarının reaksiyası və etirazına səbəb olub.
Minnesota ştatının Miniyapolis şəhərində də etirazçılar qaradərili Cemer Klarkın qətlə yetirilməsi videosunun yayılmasını istəyiblər. Qaradərili Klark əlləri qandallı olduğu halda qətlə yetirilib.
Belə bir şəraitdə bu, son aylarda artıq neçənci dəfədir ki, ABŞ vətəndaşları qaradərili və rənglidərililərə qarşı ayrı-seçkiliyə etiraz olaraq aksiya keçirirlər.

Teqlər