Dek 17, 2015 10:41 Asia/Baku
  • ABŞ Rusiyanın raket qüdrəti ilə mübarizədə acizdir
    ABŞ Rusiyanın raket qüdrəti ilə mübarizədə acizdir

Rusiyanın Strateji Raket Qüvvələrinin komandanı deyib: Bu ölkənin raketləri Amerikanın Raket Əleyhinə Müdafiə Sistemini zərərsizləşdirə bilər.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Sergey Karakayev deyib: Rus mütəxəssislərin dəyərləndirmələri göstərir ki, məlumatın təhlili və atılma qüdrətinin potensialını nəzərə alaraq Amerikanın RƏM sistemi Rusiyanın Salovey raketlərinin geniş hücumu qarşısında müqavimət edə bilməz.

Rusiyanın Strateji Raket Qüvvələri komandanı əlavə edib: Rusiyanın hərbi proqramistləri Şimali Atlantik Alyansı NATO-nun raket müdafiə sisteminin potensialını da nəzərə alıblar.

Rusiyanın Strateji Raket Qüvvələri komandanının sözlərinə görə, Rusiyanın raket qüvvələri 2016-cı ildə 16 uzaqmənzillik raket sınağı həyata keçirəcək.

Karakayevin bu açıqlaması ilə yanaşı qeyd edək ki, Amerikanın Avropa ölkələri, xüsusilə də Şərqi Avropada raket sistemləri yerləşdirməsi Rusiya rəsmilərinin etirazına səbəb olub.

Rusiya rəsmiləri Avropanın şərq bölgələrində raket sistemlərinin yerləşdirilməsi barədə xəbərdarlıq edib və onu Moskva üçün birbaşa təhdid adlandırıblar.

Rəsmi Moskva bildiriri ki, Vaşinqton Avropada raket sipəri proqramını inkişaf etdirmək üzrə öz əsas məqsədini gizlətmək niyyətindədir.

Teqlər