May 16, 2016 10:02 Asia/Baku
  • Mariya Zaxarova
    Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtonun Avropanın şərqində raket sistemi yerləşdirməsini aldatma adlandırıb.

Zaxarova bazar günü Rusiyanın TVC telekanalının bir verilişində Moskvanın Vaşinqtonun Avropanın şərqində raket sistemi yerləşdirməsi ilə müxalif olduğunu bildirib.

O, deyib: Bu addımın atılması gedişi bir aldatma və hoqqabazlıqdır və biz ABŞ raket sisteminin yerləşdirilməsinə cavab vermə haqqını özümüz üçün qoruyub saxlayırıq.

IRNA-nın məlumatına görə, ötən çərşənbə günü Rumıniyanın Doslo bazasında Amerika raket sisteminin bir hissəsinin yerləşdirilməsinin elan olunmasından sonra Rusiya rəsmiləri bir neçə dəfə bu barədə xəbərdarlıq ediblər. Rusiyanın prezidenti Vladimir Putin də rəsmən Moskvanın Vaşinqtonun Avropanın şərqində raket sistemi yerləşdirməsi ilə mübarizə üçün ciddi addımlar atacağından xəbər verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Avropada raket təhlükəsizliyi məsələsinin həlli üçün əlimizdən gələni etmişik. O, sonra deyib: Hazırkı şəraitdə diplomatik baxımdan Avropa raketdən müdafiə sisteminin həlli üçün qərbli şəriklərimizə verdiyimiz təkliflərlə daha müqəssir deyilik və yaranmış vəziyyətə görə, Avropada ABŞ raket sisteminin yerləşdirilməsinə cavab vermə haqqını özümüz üçün qoruyub saxlayırıq.

Teqlər